Xəbər lenti
“Ermənilərə yox, xristian türklərə aiddir” – Tarixi kilsə ilə bağlı şok iddia
Beynəlxalq Əsilsiz Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey tarixi Akdamar kilsəsinin ermənilərə yox, xristian türklərə aid olduğunu iddia edib.
Manevr.az xəbər verir ki, dərnək başqanı Türkiyənin Van şəhərində yerləşən tarixi kilsə ilə bağlı yaxın vaxtlarda geniş araşdırmalara başlayacağını bildirib.
Göksel Gülbey ermənilərin və digər millətlərin bu kilsədə ibadət etməsinə etiraz etmədiyini deyib:
“Biz kimsənin ayininə, duasına etiraz etmirik, amma bu, siyasiləşdirilməsin. Burada erməni bayrağı açıb halay çəkməklə dini ayinləri siyasiləşdirirlər. Ermənilər burada dini yox, siyasi ayinləri icra edirlər.
Türkiyədəki erməni kilsələrinəndə “erməni” ifadəsinə yer verilir, amma Akdamar kilsəsinə “erməni kilsəsi” demirlər. Bura Akdamar kilsəsidir və bu, bütün xristianlara məxsusdur. Biz də yaxın vaxtlarda Azərbaycan Diaspor Komitəsinin dəstəyi ilə burada bir ayin keçirəcəyik. Qafqaz bölgəsindəki xristian türklərlə burada bir anma mərasimi təşkil edəcəyik”.
Akdamar kilsəsinin peçenek türklərinə aid olduğunu qeyd edən Gülbey buranın “erməni kilsəsi” adlandırılmasına etiraz edib: “Bura xristianlara aiddir. Lakin türklər İslam dinini qəbul etdikdən sonra ölkədəki xristian kilsələri ermənilərə qaldı. Ermənilər də bunu öz adlarına çıxmağa başladılar. Yaxın vaxtlarda buranın xristian türklərinə aid olduğunu görəcəklər”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar