Xəbər lenti
Paşinyan Xocalı qatilini qondarma rejimə rəhbər gətirəcək?

İrəvan Ermənistan Baş Qərargahının keçmiş rəisi Movses Akopyanı qondarma Qarabağ rejimindəki "prezident seçkisində” namizəd etmək istəyir.
"Hazırda Ermənistanın baş inspektoru olan Movses Akopyan Ermənistan hökuməti və şəxsən Nikol Paşinyanın qondarma Qarabağ rejimində baş tutacaq "prezident seçkisində” dəstəklədiyi namizəd ola bilər. Paşinyan anlayır ki, Vitali Balasanyan və onun ətrafındakı generallar üzərində qələbəni yalnız onlardan qorxmayan şəxs qazana bilər” - deyə o, bildirib.
Qeyd edək ki, Movses Akopyanı Ermənistanın Baş Qərargah rəisi vəzifəsinə Serj Sərkisyan təyin edib. Sərkisyanın adamı olan Akopyanın müəyyən dövrlərdə onunla əlaqələrində gərginlik yaranıb. Akopyan bu vəzifədən Nikol Paşinyanın hakimiyyətə gəlməsindən dərhal sonra çıxarılıb.
Movses Akopyan Qarabağ ermənisidir. O, 2007-2015-ci illər ərzində separatçı ejimin "müdafiə naziri" işləyib.
Akopyan Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edən Rusiyanın 366-cı motoatıcı alayının komandirlərindən olub./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar