Xəbər lenti
Selfilər insanlar üçün akulaların hücumundan daha təhlükəli hala çevrilib
Planetimizi son on ildə bürüyən selfi modası akulaların hücumundan 5 dəfə çox insan həyatına bais olub.
Fransanın “Le Figaro” qəzeti Hindistanın “Journal of Family Medecine and Primary Care” nəşrinə istinadən 2011-ci ildən 2017-ci ilə qədər aparılan araşdırma ilə özçəkimdən 259 şəxsin həyatını itirdiyini yazıb. Bütün bu illər ərzində dənizdə akulaların hücumundan həlak olanların sayı 50 nəfər olub.
Verilən məlumata görə, dünyada ən çox selfini qadınlar etsə də, özçəkimlə riskli hərəkətlər sayəsində faciəli nəticə ilə sonuclanan hadisələrin dörddə üçü kişilərin başına gəlir.
Hindistan 800 milyonluq mobil telefonla dünya rekordunu əlində saxlayır. Buna görə də ölümlərin yarısından çoxu (159) bu ölkədə qeydə alınıb. Bu isə yəqin ki, ölkədə gənc əhalinin çoxluğu və qrup selfilərinə marağın hədsiz olması ilə əlaqədardır.
Hindistanda buna görə hətta “selfisiz zonalar” belə yaradılıb.Təkcə Bombey şəhərində onların sayı 16-ya çatır.
Rusiyada isə selfidən 16 ölüm halı bilinməkdədir. “İdeal selfi” naminə ruslar körpüdən və ya ultramüasir qüllələrdən tullanmaqdan, rus ruleti (tapança ilə oyun) oynamaqdan, hətta mina təmizləməkdən belə çəkinməyiblər və bunu həyatları ilə ödəyiblər.
Odlu silahla selfidən ölənlərin sayına görə (14 ölüm) ABŞ liderlik edir. Ölkənin populyar turist məkanlarından sayılan Qrand-Kanyon milli parkı turistlərin selfi naminə atəş edərək ölməsinə çox şahidlik edib.
Polşada ildə 2,1 milyon turist qəbul edən Osvensim muzeyi (keçmiş nasist həbs düşərgəsi) yalnız xatirə üçün selfi və şəkil çəkdirməyə icazə verir. Lakin faşizm qurbanlarına həsr olunan memorialda sosial şəbəkələrdə ədəbsiz fotolar yayan ziyarətçilərə qarşı tədbirlər də görülür.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar