Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
15-11-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcü nazirdən rus deputatla bağlı SƏRT BƏYƏNAT

Tarix: 28-06-2019 22:15     Baxış: 3228 A- / A+
Gürcü nazirdən rus deputatla bağlı SƏRT BƏYƏNAT

Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov Gürcüstana buraxılmayacaq.

Bu barədə Gürcüstanın Daxili İşlər naziri Georgi Qaxariya bəyanatla çıxış edib.

S.Qavrilovun yenidən Gürcüstana səfər etmək arzusunu şərh edən DİN rəhbəri konkret cavab verib: “Buraxılmayacaq!”

Onun sözlərinə görə, rus deputat hazırda onu hər şeydən az maraqlandırır.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun həmin vaxt Bakıda səfərdə olan parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub.

Tbilisi küçələrinə çıxan aksiyaçılar parlament sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Georgi Qaxariyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.

Yaranmış vəziyyətlə əlaqədar Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak edən İ.Kobaxidze səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb və vəzifəsindən istefa verib.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar