Xəbər lenti
Gürcüstan Futbol Federasiyası oyunçuların anti-Rusiya aksiyasını dəstəkləyib

Gürcüstan Futbol Federasiyası (GFF) bəzi yerli klublarla həmrəylik göstərərək, onların anti-Rusiya aksiyalarını dəstəkləyib.
Manevr.az xəbər verir ki, bunu GFF-nin baş katibi David Muciri deyib.
“Bu günə olan vəziyyətə görə, milli liqada iştirak edən komandalardan heç birini sanksiya gözləmir. Bizə nə UEFA-dan, nə də FİFA-dan ərizə daxil olmayıb. Bir daha təsdiq edirəm ki, ötən həftə ərzində gürcü klublarının iştirak etdiyi həmrəylik aksiyası tərəfimizdən tam dəstəklənib", - deyə David Muciri bildirib.
Daha əvvəl yerli futbol klublarının oyunçuları ölkə çempionatının 19-cu tur matçına anti-Rusiya şüarlarının yazıldığı maykalarla çıxaraq, bu yaxınlarda Tbilisidə baş verən hadisələrdən sonra Rusiyaya münasibətlərini bildiriblər. Maykalarda belə yazılıb: "Biz Gürcüstan ərazilərinin 20 faizinin işğal olunduğunu xatırlayırıq".report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































