Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“İmamoğlunun qələbəsi Ərdoğanın xeyrinə olacaq” – Politoloqdan ilginc yanaşma

Tarix: 24-06-2019 17:35     Baxış: 3162 A- / A+
“İmamoğlunun qələbəsi Ərdoğanın xeyrinə olacaq” – Politoloqdan ilginc yanaşma

“CHP-nin namizədi Əkrəm İmamoğlunun İstanbulda keçirilən bələdiyyə seçkisini qazanması, Prezident Rəcəb Tayyib Ərdoğanın nüfuzuna mənfi təsir etməyəcək”.

Manevr.az xəbər verir ki, bunu Türkiyənin Kahramanmaraş Universitetinin professoru, azərbaycanlı politoloq Toğru İsmayıl deyib.

Türk KİV-ə açıqlama verən politoloq hesab edir ki, müxalifətin seçkidə qalib gəlməsi Ərdoğanın daxili reytinqini yüksəldə bilər:
“İmamoğlunun qələbəsi Ərdoğanın xeyrinə olacaq” – Politoloqdan ilginc yanaşma

“Əlbəttə, müxalifət önəmli bir seçkini qazandı. Lakin düşünürəm ki, bu həm də, Ərdoğanın qarşısında yeni yol açacaq, öz iqtidarını gücləndirmək üçün fürsət yaradacaq. Buna görə də, bələdiyyə seçkilərinin nəticəsi iqtidar partiyasının lideri olaraq, Ərdoğanı motivasiya etməlidir, bu, dəyişiklik gənclərin diqqətini cəzb edəcək.

Ərdoğan uzun zamandır iqtidardadır, tənqidlərə baxmayaraq, müxalifət üzərindəki nüfuzunu gücləndirməyi bacardı. Ərdoğan təcrübəli siyasətçidir və öz xarakterini itirmədi. Türkiyə onsuz da, prezident idarəetmə sisteminə keçib və bələdiyyənin səlahiyyətləri o qədər də önəmli deyil”.

Dünən İstanbulda keçirilən bələdiyyə seçkisində müxalifət partiyası CHP-nin namizədi Əkrəm İmamoğlu qalib gəlib. O, bu prosesdə iqtidarda olan AKP-nin namizədi Binəli Yıldırımı məğlub edib.teleqraf.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar