Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Putindən aviaşirkətlərə qadağa - Gürcüstana sərnişin aparmayın

Tarix: 22-06-2019 11:08     Baxış: 3156 A- / A+
Putindən aviaşirkətlərə qadağa - Gürcüstana sərnişin aparmayın


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkənin hava şirkətlərinə Gürcüstana sərnişin daşımalarının qadağan edilməsi barədə fərman imzalayıb.

Prezident sərnişindaşımanın dayandırılmasını nəzərə alaraq, Nazirlər Kabinetinə Gürcüstanda olan ölkə vətəndaşlarının Rusiyaya qayıdışına kömək etməyi tapşırıb.

Bundan başqa, turizm operatorlarına və agentliklərinə qadağanın qüvvədə olduğu müddətdə turistləri Rusiyadan Gürcüstan ərazisinə daşımamaq tövsiyə edilir.

Qeyd edək ki, Parlamentlərarası Pravoslavlıq Assambleyasında Rusiya Kommunist Partiyasının nümayəndəsi Sergey Qavrilovun Azərbaycanda səfərdə olan spiker İrakli Kobaxidzenin yerində oturması parlamentdə gürcü deputatların etirazına səbəb olub. Onlar, ümumiyyətlə, rusiyalı nümayəndə heyətinin Tbilisidə olmasına etiraz ediblər. Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının liderləri baş verənləri “protokol səhvi” adlandırsa da, müxalifət bununla razılaşmayıb.

Parlamentin qarşısına toplaşan nümayişçilər İ.Kobaxidzenin istefasını tələb ediblər.

Gürcüstan Səhiyyə Nazirliyinin son məlumatına görə, parlamentin binası qarşısında yaranan qarşıdurma zamanı 240 nəfər xəsarət alıb.

Gürcüstan DİN-in məlumatına əsasən, cümə axşamı və cümə günü aksiyalarda iştirak etmiş 300 nəfərdən çox insan saxlanılıb./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar