Xəbər lenti
Gürcüstan al qana bulandı - 60-dan çox yaralı
Ötən gün Gürcüstanın paytaxtı Tbilisidə parlament binasının qarşısında keçirilən etiraz aksiyasında 60-dan çox insan yaralanıb.
"Sputnik Gürcüstan"ın xəbərinə görə, bu barədə müxtəlif tibb müəssisələrindən məlumatlar verilib.
Bildirilib ki, "New Hospital" klinikasına gecə saatlarında 24 yaralı gətirilib. Onlardan 4-ü əməliyyat olunub. Klinikanın rəhbəri Georgi Kordzaxi iki xəstənin gözündən ağır xəsarət aldığını deyib. Digər yaralıların vəziyyəti stabil qiymətləndirilir.
44 yaralı isə Universitet xəstəxanasına aparılıb. Hazırda 18 nəfər orada həkim nəzarətindədir, 3 xəstə əməliyyat olunub, rezin güllələrdən yaralanan digərlər etirazçılar isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Daha öncə bildirilmişdi ki, yaralılardan 39 nəfəri polis əməkdaşıdır. Həmçinin yaralılar arasında jurnalistlərin də olduğu deyilir. Hazırda Gürcüstanın Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyi yaralılar və saxlanılan şəxslərin sayını dəqiqləşdirir.
Qeyd edək ki, dünən Rustaveli prospektində minlərlə insan rusiyalı deputatların Gürcüstana səfərinə etiraz edərək aksiya keçirib. Hökumətin istefasını tələb edən aksiya iştirakçıları ilə polislər arasında qarşıdurma yaşanıb. Polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. (azvision)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar