Xəbər lenti
Ərdoğan Əkrəm İmamoğlunun həbs oluna biləcəyindən danışıb

“Hər şeydən öncə hüquqi durum nəysə, o da olacaq. Qərarı məhkəmə verəcək. Çünki vali öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət edəcək. Bir şəhərin rəhbərinə “it” deyilməsinin cəzası nəysə, o cəza da veriləcək. Mən İstanbulun Böyük şəhər bələdiyyə sədriykən bir şeri oxuduğuma görə məhkum olundum, vəzifəm əlimdən alındı və həbsdə yatdım. Ona görə bu təcrübəmə əsaslanıb, deyirəm ki, o adam dediyi ifadələrə görə məsuliyyət daşımalıdır”.
Manevr.az apa-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Bələdiyyə sədrliyi seçimləri ilə əlaqədar teleaparıcıların suallarını cavablandırarkən, Ordu şəhər valisi ilə bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu arasında yaşanan münaqişə haqqında danışarkən bu fikrləri bildirib.
Ərdoğan bir prezident olaraq valinin hüquqlarını müdafiə edəcəyini vurğulayıb: “Mənim valimə edilən həqarətlərin sübutları ortadadır. O, seçilmiş olsa belə, həqarət cəzası bəlli bir müddəti keçərsə, bələdiyyə sədrliyi etibarsız olar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar