Xəbər lenti
Tramp xərçəng xəstəliyinə əlac tapacağını və Marsa astronavt göndərəcəyini bildirib
Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkisi kampaniyasına Orlando şəhərində başlayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı bir-birindən maraqlı və fərqli vədlər verib. Ənənəvi olaraq, qeyri-leqal miqrantların ölkədən ayaqlarını kəsəcəyi sözünü verən respublikaçıların lideri ikinci rəhbərlik dövründə ölümcül xəstəliklərə çarə tapacağını da söyləyib. Donald Tramp tibb sahəsində yeni hüdudları aşacaqlarını, xərçəngin tamamilə müalicə olunan xəstəliyə çevirəcəklərini deyib.
Qeyd olunur ki, eyni vəd Donald Trampdan qabaq, onun Demokrat partiyasında əsas rəqiblərindən sayılan keçmiş vitse-prezident Co Bayden tərəfindən də səsləndirilib. 2015-ci ildə oğlunu həmin dəhşətli xəstəlikdən itirən və bundan sonra “Bayden xərçəng təşəbbüsü” təşkilatını açan demokrat namizəd Ayova ştatında tərəfdarları qarşısında çıxışında ABŞ-ı dəyişdirəcək bir addım atacağını və bu dərdə əlac tapacağını bildirmişdi.
ABŞ Xərçəng Dərnəyinin statistikasına görə, təkcə 2018-ci ildə ölkədəki 1 milyon 735 min xərçəng xəstəsinin 609 mini vəfat edib. Donald Tramp rəqibinin vədinə QİÇS xəstəliyini də əlavə edib. Ağ Evin sahibi 2030-cu ilə qədər immun çatışmazlığı sindromunu tamamilə yox edəcəklərini vurğulayıb. ABŞ-da fəaliyyət göstərən Xəstəliklərə Nəzarət və qarşısının alınması mərkəzinin məlumatına əsasən ölkədə 1 milyon 110 min şəxs ölümcül HİV virusunu daşıyır.
Birləşmiş Ştatların prezidenti bundan başqa Hərbi Kosmos Qüvvələrini formalaşdıracaqlrını söyləyərək, Mars planetinə astronavtlar göndərəcəklərini, hətta onların qırmızı planetdə qalmaları üçün təşkilat quracaqlarını deyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar