Xəbər lenti
Ahmet Kayanın cənazəsi Türkiyəyə gətirilir

Türkiyənin məşhur müğənnisi Ahmet Kayanın cənazəsi Fransadan Türkiyəyə gətirilərək dəfn edilə bilər.
Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kral FM”də canlı yayımda bildirib.
R. T. Ərdoğan deyib ki, əgər ailəsi istərsə, bunu üçün müvafiq addımları atarlar. Türkiyə Prezidenti ölkədə hər hansı partiyanın seçicisinə həqarətlə yanaşmadığını, tənqidlərinin həmin partiyaların terrorla əlaqəli rəhbərliyinə yönəlik olduğunu vurğulayıb.
Qeyd edək ki, Ə. Kaya 28 oktyabr 1957-ci ildə Malatyada anadan olub. Anası türk, atası kürd əsilli olan A. Kaya mahnılarında terroru təbliğdə günahlandırılıb. 10 yanvar 1999-cu ildə Maqazin Qəzetçiləri Dərnəyi tərəfindən ilin ən yaxşı sənətçisi mükafatına layiq görülüb. Mükafatlandırma mərasimində kürd dilində nəğmə yazdığını və həmin mahnını telekanallarda səsləndirmək istədiyini bildirib. Bu, ciddi təpgilərə yol açıb və müğənni oteldən xüsusi mühafizə altında çıxarılıb. A. Kaya16 noyabr 2000-ci ildə Parisdə evində ürək tutmasından vəfat edib, 17 noyabrda Parisdə dəfn olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar