Xəbər lenti
Ukraynalı deputatın Rusiya kəşfiyyatı tərəfindən öldürüldüyü iddia edilir
Xəbər verildiyi kimi, Ukrayna Ali Radasının, Milli Cəbhə fraksiyasının deputatı Dmitri Tımçuk bu gün öz evində başına atəş açılması nəticəsində ölüb. Onun həmkarı, Anton Geraşenko deputatın silahını təmizləyərkən özünə ölümcül xətər yetirdiyini bildirib.
Ukrayna daxili işlər nazirliyinin mətbuat katibi Artyom Şevçenko isə faciədə 3 əsas səbəb göstərib: “Bu ya qətl, ya intihar, ya da silahla ehtiyatsız şəkildə davranışdır”.
Lakin milli polisin rəhbəri Sergey Knyazevin sözlərinə görə, artıq ukraynalı deputatın ölümü ilə əlaqədar “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb. S.Knyazev qətldə və ya intiharda kriminal xarakterli izlərin tapılması versiyasının da üzərində işlədiklərini qeyd edib.
Ali Rada bu günkü iclasını deputatın xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Dmitri Tımçukun bir sıra deputat dostları onun silahla ehtiyatsız davranması versiyasına inanmadıqlarını söyləyiblər.
“Tımçuk peşəkar hərbçi olub və həyatının az qala yarısını silahla keçirib. Mən uzun illər boyunca orduda xidmət edən təcrübəli bir zabitin bu şəkildə ölməsinə inanmıram. Bu, 99% yalandır”, - deyə “Milli cəbhə” fraksiyası sədrinin müavini Andrey Teteruk yerli mətbuata söyləyib. A.Teteruk hətta daha da irəli gedərək D.Timçukun öldürülməsində Rusiya kəşfiyyatını əli olduğunu istisna etmədiyini bildirib.
Qeyd olunur ki, Dmitri Tımçuk “İnformasiya müqaviməti” media qrupunun koordinatoru olub. Onun rəhbərlik etdiyi qurum Ukraynanın hərbi, iqtisadi, energetik, həmçinin informasiya təhlükəsizliyi sahəsində xarici təhdidlərə qarşı fəaliyyət göstərib.
Dmitri Tımçuk Donbasdan gələn xəbərləri, həmçinin Rusiyanın Ukraynanın şərqində və Krımda törətdiklərinin aydınlığa çıxarılması ilə ad qazanmışdı.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar