Xəbər lenti
51 nəfərin öldürülməsinə "əla" deyən şəxsə 21 ay həbs verildi

Yeni Zelandiyanın Krisçörç şəhərindəki Nur və Linvud məscidlərində 51 nəfərin ölümü ilə nəticələnən terror aktının kadrlarının internetdə yayan şəxsə 21 ay həbs cəzası verildi.
Manevr.az xəbər verir ki, 44 yaşlı Filip Nevil Arpsın vəkili, onun ittiham edildiyi cinayət əməmlini boynuna aldığını bildirib. O, qadağan olunmuş kadrları yaymaqla günahlandırılıb və Krisçörç Məhkəməsi tərəfindən 21 ay həbsə məhkum edilib.
"Yeni Zalandiya Radiosu"ndan verilən məlumata əsasən F. N. Arps terrorçu Brenton Tarrantın canlı yayımladığı kadrları kopyalayaraq 30 nəfərə göndərib. Hakimin, yaydığı video haqqında fikrini soruşmasına isə Arps "əla" cavabını verib.
Yeni Zelandiya qanunlarına görə qadağan olunmuş kadrları yaymağın cəzası 14 ilə kimi qalxa bilir.
Qeyd edək ki, bu il mart ayının 15-də Brenton Tarrant adlı şəxs Yeni Zelandiyada iki məscidə hücum edərək 51 nəfəri öldürmüşdü.yeniavaz.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar