Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Emmanuel Makron: Dünya müharibənin astanasındadır

Tarix: 12-06-2019 08:23     Baxış: 3184 A- / A+
Emmanuel Makron: Dünya müharibənin astanasındadır

“Dünya dərin böhran keçirir və böyük müharibənin astanasına gələ bilər”.

Bu sözlər Fransa prezidenti Emmanuel Makron tərəfindən qeyri bərabərlik, nəzarət olunmayan texnologiyalar və iqlim dəyişikliyi problemlərinin həlli ilə bağlı çıxışı zamanı səsləndirilib.

Beynəlxalq Əmək Təşkilatının 100 illiyi münasibətilə İsveçrənin Cenevrə şəhərində keçirilən tədbirdə nitq söyləyən Fransanın lideri texnoloji və ekoloji dəyişikliklərdən dolayı yaşamaq şərtləri təhlükə altına düşən insanların universal sosial müdafiəsi və onlara təzminat ödənilməsi təşəbbüsünü irəli sürüb.

“Hesab edirəm ki, bu, əsl xaosdur. Firkimcə, bizim nəslimiz yeni müharibənin gəlişini gözləmək yerinə onu indiki vəziyyətdə saxlamalıdır. Lakin bununla belə biz indi müharibənin astanasındayıq. Bu savaş bizim demokratiylarımızda baş verir. Hazırda dərin böhran yaranıb. Biz dəli deyilik. Əgər real tərəqqi arzulayırıqsa, üzərimizə ciddi öhdəliklər götürməliyik”,-deyə Fransa prezidenti tədbirdə söyləyib.

Onun sözlərinə görə, dünyada getdikcə artan qeyri-bərabərlik avtoritarizmi də gücləndirir. Seçicilər “demokratiya bizi vəhşi kapitalizmin gətirdiyi qeyri-bərabərlik vəziyyətindən xilas etmir” mesajını verir. Buna görə də bəziləri “gəlin divarlar tikək və çoxtərəfli sazişlərdən çəkilək” siyasətini yürüdür, - deyə fransız lider amerikalı həmkarı Donald Trampı da üstüörtülü şəkildə tənqid edib.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar