Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
15-11-2025
BÜTÜN XƏBƏRLƏR

Qadın təyyarədə tualet qapısı əvəzinə başqa qapını açdı, aləm bir-birinə dəydi

Tarix: 11-06-2019 15:43     Baxış: 3304 A- / A+
Qadın təyyarədə tualet qapısı əvəzinə başqa qapını açdı, aləm bir-birinə dəydi


Sərnişin təyyarəsində maraqlı hadisə baş verib.

Manevr.az milli.az-a istinadla xəbər verir ki, Mançester şəhərindən İslamabada uçan təyyarədəki sərnişinlərdən birinin səhvinə görə uçuş 8 saat təxirə salınıb.

"Pakistan International Airlines"a aid 702 nömrəli təyyarədəki qadın sərnişinlərdən biri təhlükəsizlik kəməri siqnalına əhəmiyyət vermədən yerindən qalxaraq tualetə doğru qaçıb.

Təyyarənin arxa tərəfindəki tualet qapısının bağlı olduğunu görən qadın səhvən onun yanındakı təhlükəsizlik çıxışı qapısını açıb.

Nəticədə sərnişinlərin təyyarədən sürüşərək düşməsi üçün nəzərdə tutulan hava ilə doldurulmuş sürüşkən açılıb.

Panikaya düşən digər sərnişinlər həmin sürüşkən vasitəsi ilə təyyarəni tərk ediblər.

Xoşbəxtlikdən hadisə hələ təyyarə havalanmamış baş verib.

Havayolu şirkətindən verilən açıqlamaya görə, 38 sərnişin növbəti təyyarə ilə İslamabada göndərilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar