Xəbər lenti
Ermənistanda meriya binasına qumbara atdılar
Ermənistanın Vedi şəhərində qumbara partlayıb.
Hadisə ilə bağlı erməni KİV-ləri xəbər yayıb.
Məlumata görə, hadisə gecə saatlarında baş verib, yerli sakin qumbaranı meriya binasına atıb.
Qumbaranın meriya binasının nikah qeydiyyatı şöbəsinin otağına düşdüyü bildirilir. Partlayış nəticəsində binaya ziyan dəyib.
Qumbaranı atan şəxsin 56 yaşı olduğu açıqlanıb. Məlum olub ki, həmin şəxs ona ayrılmış yaşayış yerində spirtli içki içərək, ətrafdakıların normal yaşayışına mane olduğu üçün ondan mənzili tərk etmək tələb olunub. Buna cavab olaraq isə həmin şəxs qumbara ilə meriya binasına hücum edib.
Faktla bağlı araşdırma başlayıb. (trend)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar