Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qazaxıstan paytaxtında etiraz akasiyası keçirilib

Tarix: 09-06-2019 15:20     Baxış: 3202 A- / A+
Qazaxıstan paytaxtında etiraz akasiyası keçirilib



Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanın mərkəzində etiraz aksiyası keçirilib.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, aksiyaçılar Qazaxıstanda ədalətli Prezident seçkilərinin keçirilməsi tələb ediblər.

Aksiyaçılar "Boykot!", "Qazaxıstan!" və digər şüarlar səsləndiriblər. Aksiyanın keçirildiyi küçə polis tərəfindən tamamilə bağlanıb. Polis icazəsiz aksiyada iştirak edənləri saxlamağa başlayıb.
Hüquq-mühafizə orqanları hələlik hadisəyə rəsmi münasibət bildirməyib.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstanda qadağan edilmiş DVK Hərəkatı sosial şəbəkələrdə insanları Prezident seçkisi keçiriləcək gün küçələrə çıxmağa çağırmışdı.

Xatırladaq ki, bu gün Qazaxıstanda növbədənkənar Prezident seçkiləri keçirilir. Prezident postu uğrunda yeddi namizəd mübarizə aparır. Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan" partiyasından namizəd hazırkı Prezident Kasım-Jomart Tokayevdir. "Ak Jol" demokratik partiyasından isə prezidentliyə namizəd parlamentin deputatı Daniya Espaevadır. O, Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizəd kimi qeydə alınmış ölkədə ilk qadındır. Namizədlər arasında bir nəfər də jurnalist var. Bu, "Ult Taqdırı” milli-vətənpərvərlik hərəkatından Amirjan Kosanovdur.

Qazaxıstan Konstitusiyasına əsasən, ölkə Prezidenti 5 il müddətinə gizli səsvermə yolu ilə seçilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar