Xəbər lenti
İlk qiblənin işğal edildiyi gün
Qüds həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər üçün müqəddəs sayılır
Qüdsün (ərəb القدس əl-Qüds, (ivr. יְרוּשָׁלַיִם Yerushalayim və ya Yerusəlim) işğal edildiyi gündür. Yaxın Şərqdə, Aralıq dənizi ilə Ölü dəniz arasında yerləşən və dünyanın ən qədim şəhərlərindən biri olan Qüdsün işğalı 1967-ci il iyunun 7-si sayılır.
Qüds həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər üçün müqəddəs sayılır. Köhnə Şəhərdə qala divarları ilə dövrələnmiş ərazidə üç səmavi dinin — islam, xristian və yəhudi dinlərinin müqəddəs məbədləri yerləşir.
Qüds üç böyük din arasındakı ortaq nöqtә kimi bәşәriyyәt tarixindә özәl bir әhәmiyyәt daşıyır. Qüdsdә olan Əl-Əqsa məscidi müsәlmanların ilk qiblәsidir. Qüds müsәlmanlar üçün Məkkə vә Mədinədәn sonra üçüncü müqәddәs şәhәrdir.
Müsəlmanlar üçün Qüds Əl-Əqsa məscidinin yerləşdiyi, xristianlar üçün İsa peyğəmbərin son günlərini yaşadığı, həvarilərlə Gizli Görüş keçirdiyi, çarmıxa çəkildiyi və zühur etdiyi, yəhudilər üçün İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsdiyi yer, Süleyman peyğəmbərin sarayının olduğu, Davud peyğəmbərin şöhrət qazandığı şəhərdir.
Dünyanın ən qədim şəhərlərindən biri olan Qüdsün adı qədim Mesopotamiyanın mixi yazılarında “Tanrının şəhəri” anlamına gəldiyi düşünülən “Urusalima” olaraq göstərilir. Yəhudilərin şəhər üzərində hakimiyyəti dövründə e.ə. 9-cu əsrdə (İkinci Dəmir dövrü) Qüdsdə əhəmiyyətli tikinti işləri həyata keçirilmiş və 8-ci əsrdə şəhər İudeya krallığının dini və inzibati mərkəzinə çevrilmişdir. Böyük tarixi boyunca Qüds ümumilikdə iki dəfə darmadağın edilib, 23 dəfə işğal edilib, 52 dəfə hücuma məruz qalıb, 44 dəfə ələ keçirilib və yenidən azad edilib. Qüdsün David Şəhəri adlandırılan ən qədim hissəsi e.ə. 4-cü minillikdə salınıb. 1538-ci ildə darmadağın edilmiş şəhərin divarları Sultan Süleyman Qanuninin hökmranlığı altında yenidən hörülüb. Hal-hazırda həmin divarlar müsəlman, xristian, yəhudi və erməni olmaq üzrə dörd məhəllədən ibarət Köhnə Şəhəri əhatə edir. 1981-ci ildə Köhnə Şəhər Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilib. Həmin ərazi eyni zamanda təhlükədə olan Ümumdünya irsləri siyahısına da daxil edilib.
1950-ci il yanvarın 23-də Kinesset Qüdsü İsrailin paytaxtı elan edib. 1967-ci ildə baş verən Altıgünlük müharibədə isə İsrail Qüds üzərində tam nəzarəti ələ keçirir. Şəhərin tam ələ keçirilməsi tarixi kimi iyunun 7-i götürülür.
Qüdsün statusu — qızğın müzakirələr mövzusudur. Həm İsrail, həm də Fələstin Muxtariyyəti Qüdsü öz paytaxtı sayır, lakin fələstinlilərin əksəriyyəti de-fakto buraya getmək hüququndan məhrumdur. İsrailin Şərqi Qüds üzərində suverenliyi BMT və dünyanın əksər dövlətləri tərəfindən tanınmayıb. Ayırıcı divarla və ideoloji baxışlarla iki yerə bölünmüş unikal müqəddəs şəhər olan Qüdsün taleyi hələ də qeyri-müəyyəndir./sputnik.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar