Xəbər lenti
III Avropa Oyunlarını keçirəcək ölkənin adı məlum oldu

III Avropa Oyunlarını keçirəcək namizəd ölkənin adı rəsmən açıqlanıb.
Manevr.az xəbər verir ki, mayın 31-də başa çatan müraciət prosesinə yalnız Polşa qoşulub.
Belə ki, Polşa Olimpiya Komitəsi Krakov şəhəri və Malopolska regionunun namizədliyini irəli sürüb. Krakov əvvəl nəzərdə tutulmuş Polşanın Krakovitse şəhərini Rusiya Olimpiya Komitəsi isə Kazan şəhərinin namizədliyini irəli sürməkdən vaz keçib.
İyunun 22-də Belarusun paytaxtı Minskdə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının iclasında rəsmi olaraq III Avropa Oyunlarını keçirəcək ölkənin adı açıqlanacaq. Həmin gün seçki olacaq. Lakin başqa namizəd olmadığından, 2024-cü ildəki turnirin meydan sahibinin artıq bəlli olduğunu söyləmək olar.
Qeyd edək ki, 2015-ci ildə I Avropa Oyunları Bakıda və Mingəçevirdə (kanoe yarışları) keçirilib. Bu ay başlayacaq II Avropa Oyunları isə Minskdə baş tutacaq..
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar