Xəbər lenti
“Putinin yerinə Hitler…” – Rusiyanın dövlət başçısı heç yada düşmədi
Normandiya Hərəkatının 74-ci ildönümü münasibətilə keçirilmiş mərasimə Rusiya Prezidenti Vladimir Putin dəvət edilməyib.
Manevr.az xəbər verir ki, Fransa hökuməti Parisdə baş tutan tədbirin nazirlər səviyyəsində keçirilməsi ilə izah etsə də, mərasimdə hökumət başçılarının iştirakı diqqətdən yayınmayıb.
Fransa Rusiyaya hansısa formada tədbirdə iştirakı üçün dəvət göndərilib-göndərilməməsinə aydınlıq gətirməsə də, Rusiya KİV Putinin bundan əvvəlki tədbirlərdə iştirakını xatırladıb:
“Bu il baş tutan mərasimin baş rol oyunçusu olan İngiltərə kraliçası isə 65-ci ildönümü mərasiminə dəvət edilməmişdi. Kraliçanın həmin dönəmdə buna verdiyi reaksiya dünya mediasında gündəm olmuşdu. Lakin bu il açılış nitqini söyləyən kraliça vaxtilə Obama və Putinin iştirak etdiyi mərasimə dəvət edilməməsinin qisasını aldı.
Rusiyanın dəvət edilmədiyi tədbirə Almaniya Kansleri Angela Merkelin qatılması isə əsl “dəlilik” idi. Beləliklə, Merkel Avropanı qanında boğan Hitler Almaniyasını tədbirdə təmsil etdi”.
Normandiya Hərəkatı, general Duayt Eyzenhauerin komandanlığındakı müttəfiq qüvvələrin 1944-cü ildə həyata keçirdiyi hücum əməliyyatıdır. Hücum nəticəsində Hitler Almaniyasına bağlı hərbi qüvvələr Fransanın mərkəzinədək geri çəkilmişdi.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar