Xəbər lenti
Alimdən təhlükəli proqnoz: Bəşəriyyətin sonu yaxınlaşır
Avstraliyalı alim Kris Berri bəşəriyyətin sonu barədə hesabat yayımlayıb.
Manevr.az xəbər verir ki, mətndə növbəti onilliklərdə baş verəcək fəlakətlər barədə xəbərdarlıq edilir. Dünyadakı vəziyyətin əsas səbəbləri iqlim dəyişikliyi, hökumətlərin fəaliyyətsizliyi nəticəsində yaranan sosial-iqtisadi böhran göstərilib. Proqnoza görə, 2030-cu ilə qədər temperatur sənaye dövrü ilə müqayisədə 3, 2100-cü ildə isə 5 dərəcə yüksək olacaq. 4 dərəcə qlobal istiləşmə belə dünya və canlı mühitə dağıdıcı təsir göstərəcək, buzlaqlar əriyəcək. Neft və qaz istehlakı azaldılmasa, 2030-cu ildə hava çirkliliyi pik həddə çatacaq. Berriyə görə, Amazon meşələri quraqlıq səbəbindən ciddi itkiyə məruz qalacaq, Şimali Amerika, Asiya, Meksika, Mərkəzi Asiyanı quraqlıq, su səviyyəsinin azalması, təbii fəlakətlər, meşə yanğınları, sel təhlükəsi gözləyir.
Temperaturun yüksəlməsi insanların isti ölkələrdən kütləvi köçü ilə, yəni qaçqınların sayının kəskin artması ilə nəticələnəcək.qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar