Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağı “xilas etməyə” girişən katolikos

Tarix: 02-06-2019 19:23     Baxış: 3170 A- / A+
Qarabağı “xilas etməyə” girişən katolikos

Xəbər verildiyi kimi, Livanda oturan Yaxın Şərq ermənilərinin katolikosu I Aram özünün ifadə etdiyi kimi, “vahid Ermənistanı bərpa etmək yolunda” işğal edilmiş Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çağırmaqla, bu problemin həllinə “öz töhfəsini” vermək qərarına gəlib.

Keşişin bu komik bəyanatı ilə bağlı ermənilər tərəfindən şadyanalıq dalğası (?), azərbaycanlılar tərəfindən isə əsl istehza və rişxənd seli artıq sosial şəbəkələri silkələyib.

Katolikos bilməmiş olmaz ki, Ermənistan Azərbaycanın bu vilayətini artıq çoxdan de-fakto özünə birləşdirib, de-yure isə bunu heç vaxt etməyəcək, çünki əvvəlcə öz oyuncaq törəməsinin müstəqilliyini tanımalı və yalnız bundan sonra, necə deyərlər, “yenidən birləşməlidir”.

Ermənistan SSR Ali Sovetinin “Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında” 1989-cu il 1 dekabr tarixli qərarının Ermənistan qanunverici orqanının digər çağırışları tərəfindən ləğv edilmədiyi nəzərə alınsa, bütün bunlar lap da komik görünər. Əgər ermənilərin qanunverici məntiqi hesaba alınsa, Dağlıq Qarabağ bu gün Ermənistanın tərkib hissəsi sayıla bilər. Uzaqda oturan katolikosun məsləhətinə əmək etmək üçün Ermənistan parlamenti əvvəlcə bir vaxtlar özünə birləşdirdiyindən əl çəkərək (yəni Dağlıq Qarabağı özündən ayıraraq), onun “müstəqilliyini” tanımalıdır ki, qısa müddətdən sonra yenidən onunla birləşsin.

Əlqərəz, ermənilər o qədər fırıldaq işlədiblər ki, kələfin ucunu tamamilə itiriblər. Odur ki, Livandakı cübbəli məsləhətçilərin onlara yardım əli uzatması heç də təəccüblü deyil.

Amma indi iş heç bunda da deyil. Ermənilərin kütləvi satqınlığı illərində haqlı olaraq Anadoludan sürgün edilmişlərin nəslindən olan katolikos Beyrutda oturub birdən-birə Qarabağın qayğısına qalmağa başlayıb. Bəs sənin indi Türkiyənin “işğalı altında olan Qərbi Ermənistanın” necə olsun? Axı köklərin o yerlərə gedib çıxır. Yoxsa o yerləri artıq unutmusan, daha heç yeri “azad etmək” lazım deyil?

Əgər belədirsə, onda hər şey yolundadır! O yerləri həqiqətən unutmaq lazımdır. Amma Qarabağı da tezliklə unutmaq lazım gələcək. Pərən-pərən düşmüş rus ordusu və daşnaksutyun quldur dəstələri 1918-ci ildə Qafqaz cəbhəsindən qaçandan sonra Şərqi Anadolunun bütün ərazisində türk bayrağı dalğalandırıldığı kimi, Azərbaycan bayrağı da eynən bu cür Qarabağda dalğalandırılacaq!

Zati-“güruhçu-müqəddəsləri”, görünür, tarixdən ibrət dərsi götürə bilmirsiniz. Çox təəssüf. Buna görə də gələcəkdə başınıza gələcək müsibətlərdə yalnız özünüzü qınamalı olacaqsınız. Klounadaya görə isə sağ olun.Azərtac

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar