Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əxlaqsızlığın fəlsəfəsini yaradan adam: "Mən pozğunam, cinayətkar deyiləm”

Tarix: 02-06-2019 16:45     Baxış: 3251 A- / A+
Əxlaqsızlığın fəlsəfəsini yaradan adam: "Mən pozğunam, cinayətkar deyiləm”

Sadizm anlayışının başqasına əziyyət verməkdən zövq almaq mənasını verdiyini çoxları bilir. Bəs bu anlayışın banisi haqqında nə bilirsiniz?

Sadizmin banisi fransız yazarı və filosofu Markiz De Saddır. Ötən əsrin ortalarına qədər əsərləri qadağan olunmuş filosof əxlaqsızlığın fəlsəfəsini yaratmış insan kimi tarixə adını yazıb. Dəfələrlə həbs olunan, ən böyük əsərlərini həbsdə yazan Sad cinsi zorakılığa görə həbs olunarkən "Mən pozğunam, amma cinayətkar deyiləm” deyib.

Yazarın "Sodomun 120 günü” adlı əsəri isə bəşəriyyətin ən əxlaqsız və insani hisslərdən kənar əsəri olaraq dəyərləndirilir. Belə ki, əsər zadəganlar tərəfindən oğurlanan 16 oğlan və qızın böyük bir qəsrdə müxtəlif cinsi işgənclər, dəhşətli oyunlara məruz qalmasından bəhs edir.

Manevr.az qaynarinfo-ya istinadən sadizmin banisi hesab olunan Markiz De Sad haqqında gizli qalan gerçəklər haqqında məlumat verir:

1. Markiz De Sad əslində aristokrat ailədə doğulub. Yazarın nəsli kraliyyət ailəsinə aiddir.
2. Əsgərlik dövrünə qədər dini təsil alıb.
3. Əsl adı Qaspard Françoisdir. İstifadə etdiyi Markiz ləqəbi isə zadəgan anlamını verir.
4. Sadın əxlaqsızlığı bütün əyalətdə məlum olub və o, təkcə fahişələrlə yox, əmrində işləyən qadın və kişilərə qarşı də qəddarlıq edirmiş.
5. Markiz ilk dəfə Rose Keller adlı qadını qəsrində əsir kimi saxlayıb və ona cinsi işgəncə verməklə tanınıb. Hadisə qadının ikinci mərtəbədən özünü atması və polisə müraciət etməsi ilə üzə çıxıb.
6. Bu hadisədən sonra yazarı həbsdən qaynanası saxta sənədlərlə xilas edib.
7. 1772-ci ildə köməkçisi Latour adlı kişi ilə afrodizyak tərkibli maddə istifadə edərək cinsi münasibət yaşamasına görə həbs olunub.

Bunun ardından müxtəlif illərdə dəfələrlə həbs olunan Markiz De Sad ümumilikdə ömrünün 13 ilini dəlixanada, 29 ilini isə həbsxanada keçirib. Yaşadığı Çarenton şəhərində hakimiyyət dəyişdikdən sonra sərbəst qalan Sad həyatının qalan hissəsini 13 yaşlı uşaqla macəralarına davam edib. Bu macəralar 1814-cü ildə Sadın ölümü ilə bitib. Ölümündən sonra yazarın əlyazmalarının çoxu oğlu tərəfindən yandırılıb. Bununla da Sadizmin banisi filosofun bir çox fantaziyası işıq üzü görmədən məhv edilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar