Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

75 yaşında məzun oldu, diplom almağa əsa ilə gəldi - VİDEO

Tarix: 02-06-2019 16:19     Baxış: 3199 A- / A+
75 yaşında məzun oldu, diplom almağa əsa ilə gəldi - VİDEO

Türkiyənin Edirne şəhərində maraqlı məzuniyyət şənliyi baş tutub. Edirnedə yaşayan 75 yaşlı Şevki Kılıç ədəbiyyat fakültəsi, tarix bölümündə təhsil alıb. 3 illik təhsilini başa vuran 75 yaşlı tələbənin məzun olması hər kəs tərəfindən maraqla qarşılanıb. Onun məzun tədbirinə əsa ilə qatılması da diqqət çəkib.

Görüntülər sosial şəbəkədə sürətlə yayılıb və geniş müzakirələrə yol açıb. Cəmiyyət tərəfindən böyük dəstək alan 75 yaşlı tələbə məzun olma sevincini dostları ilə bölüşüb.
Trakya universitetindən məzun olan Şevki Kılıç tədbirdə öz ürək sözlərini deyib: “İstanbulda 1983-cü ildə ilk dəfə universitetə qəbul olmuşdum. Lakin həmin dönəmdə işləyib, pul qazanmaq məcburiyyətim olduğu üçün təhsilimi ala bilmədim. İllər sonra ilk dəfə 2011-ci ildə yenidən universitetə qəbul olmağa qərar verdim. Bir çox adam yaşımın çox olmasına görə mənim bu davranışıma qəribə baxırdı. Lakin mən buna fikir vermirdim. 2011-ci ildə universitetə qəbul oldum, amma ingilis dilini zəif bildiyim üçün universiteti tam bitirə bilmədim. Daha sonra 2016-cı ildə Trakya universitetinə qəbul oldum. Edirne bələdiyyə sədrinin dəstəyi ilə ingilis dili kurslarına qatıldım və 4 illik universiteti 3 il ərzində bitirməyə müvəffəq oldum. Çox xoşbəxtəm. Bundan sonrakı hədəfim aspiranturadır”.
Şevki Kılıçın orta məktəb məzunu olan qızı da atası haqqında fikirlərini mətbuat işçiləri ilə bölüşüb: “Atamı o səhnədə görəndə çox həyəcanlandım. Bu işi bacarmasını hər kəs kimi mən də təqdir edirəm. Atam hər zaman oxuyan, hər şeyi araşdırmağı sevən bir insan olub. Bunun üçün onunla hər zaman qürur duyuram”.
Tədbirin sonunda 75 yaşlı tələbənin yoldaşları da onun haqqında öz fikirlərini deyiblər. Onlar Şevki Kılıçın yaxşı bir tələbə olduğunu və ondan çox şey öyrəndiklərini dilə gətiriblər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar