Xəbər lenti
10 yaşlı uşaq anasının doğuşunu videoya çəkdi

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.
Manevr.az milli.az-a istinadla xəbər verir ki, videoda qadının avtomobildə doğum etməsi əks olunub.
Görüntülər ABŞ-da, Las-Veqasdakı magistral yolların birində çəkilib. Əri və 3 uşağı ilə birlikdə xəstəxanaya gedən qadın övladını avtomobildə dünyaya gətirib.
Maraqlı olan isə həmin anları onun 10 yaşlı oğlunun mobil telefonla kameraya çəkməsidir.
"Biz, əslində, bir-birimizi çəkirdik. Anidən anamın sancıları artdı və "gəlir" deyə qışqırdı. Telefonu o tərəfə necə çevirməyimdən xəbərim belə olmayıb. Sonradan videonu izləyəndə düşündüm ki, bunu mütləq sosial şəbəkələrdə paylaşmalıyam", - 10 yaşlı uşaq paylaşımında qeyd edib.
Qeyd edək ki, yeni doğulan körpəyə Joliee Lavergne Addison adı verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar