Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

İtkin uşaqları bankomatlar axtaracaq

Tarix: 30-05-2019 07:54     Baxış: 2270 A- / A+
İtkin uşaqları bankomatlar axtaracaq

Niderlandda dünyada ilk dəfə bankomatlar “Amber Alert” milli sisteminə qoşulub.

Manevr.az “ICTnews”a istinadən xəbər verir ki, “Amber Alert” sistemi (America's Missing: Broadcast Emergency Response abreviaturası olduğuna görə çox vaxt AMBER kimi yazılır) itkin düşən uşaqların axtarışı üçün nəzərdə tutulub. “Amber Alert” məlumatlarının yayılması üçün müxtəlif ölkələrdə radiostansiya, televiziya, internet və mobil rabitə servislərindən istifadə edilir. Bildirişlər, həmçinin yol elektron lövhələrinə və reklam ekranlarına yerləşdirilir. Ötən həftədən etibarən 300-dən çox Niderland bankının təsvirində itən uşaqların fotoşəkilləri nümayiş olunur.

Məlumata görə, aeroport, böyük ticarət mərkəzləri və populyar görməli yerlərin yaxınlığında quraşdırılan bankomatlar “In2Retail” operatoruna məxsusdur. Gələcəkdə əhatə dairəsinin genişləndirilməsi, o cümlədən digər operatorların bankomatlarının qoşulması planlaşdırılır.

İtkin düşən və ya oğurlanılmış uşaqların fotoşəkilləri ilə yanaşı, bankomatlarda vətəndaşlara smartfonlarda bildirişlər almaq üçün “Amber Alert” sistemində qeydiyyatdan keçməyi bildirən çağırışlar göstəriləcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar