Xəbər lenti
Baş gicəlləndirən qeyri-adi göydələnlər - ŞƏKİLLƏR
Bir neçə yüz il əvvəl altı mərtəbədən yüksək binaların olmadığını indi təsəvvür etmək çətindir. Elmi-texniki inkişaf hündür binalara qalxmaq problemini və binaların kommunal resurslarla təmin olunma məsələsini həll etdikdən sonra göydələnlər sözünü demiş meqapolislərdə yer aldı.
Hündürmərtəbəli tikililər özlüyündə artıq təəccübləndirmir, amma eyni sözü onların arxitekturası haqda demək olmur. Məhz arxitekturalarına görə bu göydələnlərə sonsuzadək tamaşa etmək olar. Bunu başa düşən bolqarıstanlı fotoqraf Staniş Stanişev 2015-ci ildən başlayaraq hündür tikililərin fotolarını çəkərək onları “Instagram” profilində paylaşır.
Manevr.az həmin şəkilləri təqdim edir:
Çinin Şanxay şəhərinin Pudun bölgəsində yerləşən bu kompleks binalar 632 metrlik Şanxay qalası, 88 mərtəbəli Cin Mao qalası və 492 metrlik Şanxay beynəlxalq maliyyə mərkəzidir.
Bu, Sinqapurda “Park Royal”dır. 26 mərtəbəli binanın fasadındakı yaşıllıq qonşu parkdakından daha çoxdur.
Dubay Marinada kompleks göydələnlər (101 mərtəbə və 414 metrlik “Princess Tower”, dünyadakı ən hündür hotel sayılan “Dream Dubai Marina”, 291 mənzil və 57 hovuzu olan 392 metrlik yaşayış binası “23-Marina”) yerləşir.
Çin şəhəri Tyantszindəki muzey təzəlikcə tikilib, açılışı 2019-cu ilin payızına gözlənilir.
İnsan bədəni muzeyi - “Corpus” Holland şəhəri Leydendə yerləşir. 35 metrlik binanın təkcə fasadında yox, içərisində də insan bədəninin necə işlədiyini görmək olur. Altı yaşından yuxarı olanlar üçün nəzərdə tutulan muzeydə ekskursiya zamanı insanlar saçın uzanması prosesindən tutmuş eritrositlərin formalaşmasına qədər proseslərlə tanış olurlar. Ekskursiya insanın başında sona çatır.
Şençen Enerji Şirkətinin qərargah binası enerji səmərəliliyi ilə seçilir. Belə ki, fasad elə inşa olunub ki, işığı içəri buraxmasa da, mənzərəni saxlayır.
Daha bir Çin göydələni - Quançjou Üzüyü (Quançjou Yuan) - dünyadakı ən hündür dairəvi bina sayılır. Biznes mərkəzi kimi fəaliyyət göstərən bina 33 mərtəbəlidir və hündürlüyü 138 metrdir.
Almaniyanın Köln şəhərindəki Kranxaus binası - modernist ofis-yaşayış binasıdır.
Belçikanın Antverpen şəhərindəki yarımstansiya binası elə hündür olmasa da, minimalist dizaynı ilə diqqəti cəlb edir.
Bu qara binalar isə “Çaoyan Park Plaza” kompeksidir. 2017-ci ildə Pekində tikilib./oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar