Xəbər lenti
Qədim hindularda müasir texnologiyalar aşkarlandı

Şimali Amerikanın qədim sakinləri məhsuldarlığı artırmaq üçün nəzarətli yanğın texnologiyasına malik olub. Belə bir nəticəyə amerikalı tədqiqatçılar gəlib.
Elmi araşdırmanın nəticələri Phys.org elmi portalında dərc olunub.
Alimlərin hesablamalarına görə, yüzlərlə il əvvəl regionda az sayda köklü amerikalı yaşayıb, meşə yanğınları isə sabit səviyyədə olub. Ancaq avropalıların Şimali Amerikada qəsəbələr salması ilə əhalinin sayı əhəmiyyətli dərəcədə artıb. Yanğınların sayında kəskin artım da elə həmin dönəmlərə təsadüf edib. Qədim hindular vaxtaşırı ABŞ-ın şərqində nəzarətli yanğınlar törədib.
Mütəxəssislər qədim kül və taxta kömürünün qalıqlarını təhlil edib, həmçinin, Amerikanın şərqindəki müasir bitki növlərinin tərkibini araşdırıb. Yeddi tip meşələr nəzərdən keçirilib. Məlum olub ki, ən şimalda yerləşən meşələrdə fıstıq, şam, sidr və qara şam ağaclarının sayı əhəmiyyətli dərəcədə azalıb.
Habelə ağcaqayın, qovaq, göyrüş, palıd və ağ şam ağaclarının sayında artım müşahidə olunub. Cənub meşələrində isə tarixən polad və şam ağacları üstünlük təşkil edib. Habelə polad və şabalıd ağaclarının sayında azalma və ağcaqayın və tozağacı sayında artım müşahidə olunub.
Tədqiqatçıların sözlərinə görə, qədim hindular özlərinin və heyvanlarının qidasında istifadə olunan bitki növlərinin bərpası üçün mütəmadi olaraq xırda ağaclıqları və meşə ətrafı kolluqların yandırılmasının vacib olduğunu bilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar