Xəbər lenti
Nikol-Robert savaşı Qarabağa sıçradı
Qarabağın separatçılarının keçmiş “baş naziri” Araik Arutyunyan separatçı rejimin rəhbərliyinə namizədliyini irəli sürüb.
Manevr.az xəbər verir ki, onun namizədli “azad vətən partiyası” tərəfindən irəli sürülüb.
Qeyd edək ki, qondarma rejimdə prezident seçkisi 2020-ci ildə keçiriləcək.
Araik Arutyunyan separatçılar arasında nüfuzlu şəxslərdən biri sayılır. O, bundan əvvəl qondarma rejimin “baş naziri” vəzifəsini tutub. Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra Arutyunyan səssiz mövqe tutub və Paşinyan hökumətinə qarşı heç bir sərt ittiham səsləndirməyib. Məhz bu amilə görə sonradan hökumətə yaxın mətbuat Arutyunyanın qondarma rejimə Saakyanın yerinə rəhbər gətiriləcəyi haqqında məlumat yayıb.
Hazırkı separatçı rejim daxilində hakimiyyət uğrunda mübarizə Köçəryan və Paşinyanın dəstəklədiyi simalar arasında aparılır. Belə ki, bu mübarizədə Köçəryanın klanı Vitali Balasanyanı, Paşinyanın isə Arutyunyanı dəstəklədiyi iddia edilir. Bununla belə başqa variant səsləndirən qüvvələr də mövcuddur. Belə ki, bəzi ekspertlər Arutyunyanın Serj Sərkisyanla yaxın əlaqələrə sahib olduğunu və gizli şəkildə onun tapşırıqlarını icra etdiklərini bildirirlər.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar