Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Çin alimlərindən tibb elminə töhfə

Tarix: 17-05-2019 07:50     Baxış: 2206 A- / A+
Çin alimlərindən tibb elminə töhfə
Çin alimləri ultrabənövşəyi şüaların təsiri ilə donan və dərhal daxili orqanların qanaxmasını dayandıran xüsusi bioyapışqan hazırlayıblar.
Manevr.az “ICTnews”a istinadən xəbər verir ki, bir neçə saniyə ərzində ölümcül yaraların üstünü örtən qeyri-adi yapışqan ilk tibbi yardımın göstərilməsinin mümkün olmadığı yerlərdə istifadə oluna bilər. Şəffaf gel su, jelatin və zədəli toxumaya daxil edilən kimyəvi preparatların qarışığından ibarətdir. Bioyapışqan aktivləşdirilmədən sonra tez yapışaraq sukeçirməz bərkimə yaratmaqla qan və digər mayelərin axmasının qarşısını alır. Çjetszyan Universitetinin mütəxəssislərinin sözlərinə görə, yapışqan mayeli toxumalar üçün effektiv olması səbəbindən adətən yaraların tikilməsi üçün istifadə edilən toxmaq və ya tikişləri əvəz edir. Bioyapışqan hərbi əməliyyatların aparıldığı və ya mülki fəlakətlərin baş verdiyi yerlərdə əvəzedilməzdir; onu ürək əməliyyatı zamanı qanaxmanın dayandırılması və ya tibbi yardımın göstərilməsinin məhdud olduğu fövqəladə vəziyyətlər üçün istifadə etmək olar.

Bu vaxtadək tibbi yapışqan orqan toxumaları və ya iri qan damarlarını bitişdirmək üçün lazımınca möhkəmliyə malik olmayıb. Rezini xatırladan yeni hidrogel birləşdirici toxumaya bənzəyən material yaradır. Bioyapışqan, həmçinin tikişsiz germetizasiya üçün istifadə oluna bilər ki, bu da onu təcili cərrahiyyə əməliyyatlarında əvəzolunmaz edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar