Xəbər lenti
Kiyevdə 2 yaşlı uşaq günlərlə valideynlərinin meyidi ilə tək qalıb - ŞƏKİLLƏR

Kiyevdə polislər daxil olmuş zəng əsasında getdikləri mənzildə dəhşətli mənzərənin şahidi olublar. 2 yaşlı qız bir neçə gün ölmüş valideynləri ilə birlikdə Pavel Tıçin prospektində yerləşən mənzildə, bağlı qapılar arxasında tək qalıb. Bu barədə izvestiya.ru məlumat yayıb.
Manevr.az oxu.az-a istinadən bildirir ki, polisə uşağın nənəsi müraciət edib. O qızından xəbər ala bilmədiyini deyincə polislər verilən ünvana gəliblər. Qapı arxasından gələn kəskin iy polislərə qapını qırmağa səbəb verib.
Mənzildə 1985 və 1991-ci il təvəllüdlü ər-arvadın meyitləri, eləcə də onların 2017-ci ildə anadan olmuş qızları sağ vəziyyətdə tapılıb. Meyitlərin üzərində hər hansı zorakılıq əlaməti görünməyib. İlkin ehtimallara görə, azyaşlının valideynləri narkotik maddədən istifadə etdikləri üçün ölüblər.
Hazırda ekspertiza ər-arvadın ölüm səbəblərini araşdırır. Uşağın özünü yaxşı hiss etdiyi bildirilir.


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































