Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Özünü idarə edən ilk elektrik yük maşınları hərəkət etməyə başladı

Tarix: 16-05-2019 08:05     Baxış: 3223 A- / A+
Özünü idarə edən ilk elektrik yük maşınları hərəkət etməyə başladı

İsveçin ümumi istifadədə olan avtomobil yollarında ilk özünü idarə edən elektrik yük maşınları hərəkət etməyə başlayıb.

Mayın 15-də İsveç sürücüləri ümumi istifadədə olan avtomobil yollarında yerli startap - “Einride” şirkətinin istehsalı olan “T-Pod” markalı sürücüsüz hərəkət edən elektrik yük maşını ilə qarşılaşıblar. "DB Schenker" logistika şirkəti tərəfindən əldə olunan maşından şəhərin sənaye zonasında - Yençepinqdə istifadə olunacaq. Çəkisi 26 ton olan elektrik yük maşını daşıma işlərinə cəlb olunacaq.

Sürücü kabinəsi olmadığına görə maşının ekzotik görkəmi var. O, elektrik mühərrikləri ilə hərəkət edir. İstehsalçı şirkətdən bildiriblər ki, bütün bunlar avtomobil daşımalarının istismar xərclərini dizel yanacağı ilə işləyən ənənəvi yük maşınları ilə müqayisədə 60 faiz azaldır.

Dördüncü nəsil özünüidarəetmə sistemi ilə təchiz edilmiş maşın real zaman rejimində vizual məlumatların emalı üçün “Nvidia Drive” platformasından istifadə edir. Maşın uzaq məsafədə oturan operator tərəfindən də idarə oluna bilər. “Einride” şirkətindən bildiriblər ki, bir operator eyni vaxtda təqribən 10 belə maşına nəzarət edə bilər.Azərtac


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar