Xəbər lenti
Bu gün "Eurovision" başlayır

İlk gün 17 ölkənin təmsilçisi səhnəyə çıxacaq
Bu gün İsraildə ilin ən önəmli mahnı müsabiqəsi - “Eurovision” başlayır. Mayın 14-də müsabiqənin birinci yarımfinalı keçiriləcək. 17 ölkə təmsilçisi Təl-Əviv Expo Mərkəzinin səhnəsində çıxış edəcək. Bu sırada Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estonya, Portuqaliya, Yunanıstan və San Mariono var.
Xatırladaq ki, İsrailə qələbəni Netta Barzilai qazandırıb.
Yarışmanın ikinci yarımfinalı mayın 16-da, finalı isə mayın 18-də reallaşacaq. Azərbaycanı müsabiqədə Çingiz Mustafayev “Truth” mahnısı ilə təmsil edəcək. O, ikinci yarımfinalda 18-ci nömrə altında çıxış edəcək.
1956-cı ildən Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi dünyanın ən uzunömürlü musiqi yarışması kimi Ginnesin Rekordlar Kitabına düşüb. Azərbaycan bu müsabiqədə 2008-ci ildən iştirak edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar