Xəbər lenti
280 illik klubda yaşayan qadın - Nə suyu, nə işığı, nə də televizoru var...
Bəlkə də o, indi dünyanın ən xoşbəxt adamıdır ki, dünyada baş verən proseslərdən xəbərsiz olub öz həyatını yaşayır. Gündəlik baş verən hadisələr isə onun üçün maraqlı deyil. Onu düşündürən bir şey var-o da onun öz həyatıdır.
Manevr.az moderator.az-a istinadən xəbər verir ki, 74 yaşlı irlandiyalı qadın Marqarita Qallahqer öz yaşam tərzini bu şəkildə davam etdirir. Hər tərəfi ağaclarla əhatə olunmuş 280 illik klubda onun nə suyu, nə işığı, nə də televizoru var. Burda qış doğrudan da çox sərt keçir. Amma buna baxmayaraq Marqarita soyuq iqlim şəraitinə hazırlıqlıdır.
Olanları isə o, belə nəql edib:
“Nimdaş bir radiom var və xəbərləri ordan dinləyirəm. Xəbərlərdə dedilər ki, qar yağacaq. Buna görə də dərhal evə su daşıdım, odun doğradım ki, soyuğa hazırlıqlı olum. Qar yağandan sonra isə yaşadığım klubun damını qardan təmizləyirəm, yoxsa ev başıma uçar. Belə bir şəraitdə yaşayan adam gərək hər şeyə hazırlıqlı olsun”.
Marqarita deyir ki, insanlar onu qəribə baxırlar:
“Sizə onu deyim ki, insanlar mənə nəsli tükənməkdə olan biri kimi baxır. Əslində düzdü, doğrudan da nəslim tükənir. Daha müasir bir yaşam tərzim heç vaxt olmadı. 1942-ci ildə bu evdə doğulmuşam. Anam on yaşım olarkən, atam isə 1980-ci ildə dünyasını dəyişdi. Dədəm isə bu evi 1887-ci ildə alıb. Sonradan isə evdə mən yaşamağa başladım”.
O, həm də yaxşı oxucudur. Asudə vaxtlarını kitab oxumaqla keçirir:
“Asudə vaxtlarımı kitab oxuyuram. Dünyada nə baş verdiyi ilə maraqlanmıram və maraqlansam da onsuz da düzəldə bilməyəcəm. Heç öz qəsəbəmdə olan bir problemi belə həll etməyə gücüm yoxdur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar