Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya Tiflisin razılığı olmadan BTQ-yə qoşulur? - Ekspert

Tarix: 12-05-2019 09:15     Baxış: 2192 A- / A+
Rusiya Tiflisin razılığı olmadan BTQ-yə qoşulur? - Ekspert

Bir neçə gün əvvəl Türkiyə, Rusiya və Azərbaycan arasında Bakı-Tiflis-Qars (BTQ) layihəsi ilə bağlı imzalanın memorandum niyyət bəyanıdır.

Bunu Türkiyə, Rusiya və Azərbaycan arasında BTQ layihəsi ilə əlaqədar imzalanın memorandumla bağlı Gürcüstanın etirazlarına münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Rusiyanın Bakı-Tiflis-Qars layihəsinə qoşulması mümkünlüyü haqqında imzalanın memorandum Rusiya yüklərinin daşınması anlamına gəlmir:

“Niyyət bəyanının olması gələcəkdə daha geniş münasibətlərin qurulmasına və ya müqavilələrin bağlanmasına əsas yaradır. Təbii ki, burada bütün yolboyu yerləşən ölkələrin nümayəndələrinin iştirakı bu anlamda vacibdir ki, tranzit xərclərində və dövrü keçid qiymətlərində fərqli yanaşmalar olmasın. Yolun bir hissəsinin Gürcüstandan keçdiyini nəzərə alsaq, Gürcüstanın tranzit xərclərində bir dəyişikliyə getməsi yolun iqtisadi səmərəsini və perspektivliyini aşağı sala bilər. Bu isə müştəriləri başqa yolları seçməyə təşviq edə bilər. Bu mənada Gürcüstan tərəfinin iştirakı vacibdir. Ümumi tranzit qiymətinin olması bu layihənin uğurlu olması üçün əsas səbəblərdən birinə çevriləcək. Əgər fərqli-fərqli tranzit qiymətləri olsa və hər bir ölkə öz istədiyi qiyməti diktə etməyə başlasa, bu, müştərilərin başqa yolu seçmə ehtimalını gücləndirəcək. Bu səbəbdən də Gürcüstanın iştirakı keçid tarif planlarını və tranzit xərclərinin planlaşdırılması və eyniləşdirilməsinin mümkün ola bilməsi üçün vacibdir”.

Qeyd edək ki, mayın 6-da Türkiyə, Rusiya və Azərbaycan arasında Bakı-Tiflis-Qars layihəsi barədə imzalanın memorandumda Gürcüstanın iştirak etməyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar