Xəbər lenti
Rusiyanın ən yaşlı kişisi vəfat etdi - İnquşetiyada

Appaz İliyev 1896-cı il martın 1-də İnquşetiyanın Quli dağ kəndində anadan olub
Rusiyanın ən yaşlı kişisi – 123 yaşlı Appaz İliyev mayın 10-da İnquşetiya Respublikasının klinik xəstəxanasında dünyasını dəyişib.
TASS informasiya agentliyinə istinadla xəbər verilir ki, bu barədə xəstəxananın baş həkimi Tamara Kasiyeva bildirib.
Appaz İliyev 1896-cı il martın 1-də İnquşetiyanın Quli dağ kəndində anadan olub. Ölkənin ən yaşlı sakini kimi Rusiyanın rekordlar kitabına daxil edilən inquş 8 övlad, 35 nəvə, 34 nəticə və bir neçə kötücəni boya-başa çatdırıb. O, bir müddət əvvəl poliorqan çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Respublikanın başçısı Yunusbek Yevkurovun sözlərinə görə, regionda yaradılmış xüsusi komissiya Appaz İliyevin planetin ən yaşlı sakini olaraq Ginnesin rekordlar kitabına salınması üçün müraciət hazırlayırdı. (Azərtac)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar