Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Əgər İran ABŞ-ın hərbçilərinə hücum etsə..." - Vaşinqtondan Tehrana NOTA

Tarix: 08-05-2019 07:05     Baxış: 3242 A- / A+
"Əgər İran ABŞ-ın hərbçilərinə hücum etsə..."


Biz Amerika hərbçilərinə və ya milli mənafeyimizə qarşı baş tutacaq hər bir hücuma görə İranı məsul bilirik”.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Müdafiə nazirinin səlahiyyətlərinin icraçısı Patrik Şanahan deyib.

Şanahan ölkəsinin körfəzə təyyarə daşıyan gəmi göndərməsinə münasibət bildirib. Qeyd edib ki, bu qərar İranın hərbi təhdidləri səbəbindən qəbul edilib. Şanahan bu təhdidlərin nədən ibarət olduğunun detallarını açıqlamasa da, rəsmi Tehrandan təxribatçı addımlardan əl çəkməyi tələb edib.

Onun bu açıqlaması rəsmi Vaşinqtonla Tehran arasında yeni ziddiyyətlərin kəskinləşdiyi vaxt verilib. Bu gərginlik Amerikanın “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisini və Hərbi Hava Qüvvələrinə məxsus qırıcıları Ərəb dənizi və körfəzə göndərməsi ilə öz kulminasiya nöqtəsinə çatıb.

Məsələyə münasibət bildirən ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton və Dövlət Departamentinin rəhbəri Mayk Pompeo da Abraham “Lincoln” gəmisinin bölgəyə göndərilməsinin səbəbinin İrana açıq bir mesaj olduğunu bəyan ediblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar