Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

​Bölgədə müharibə riski - Azərbaycan üçün mümkün təhlükə -ŞƏKİL

Tarix: 07-05-2019 05:28     Baxış: 3319 A- / A+
​Bölgədə müharibə riski - Azərbaycan üçün mümkün təhlükə

ABŞ-ın təyyarədaşıyan gəmisinin İran sahillərinə yola düşməsi Vaşinqtonun Tehrana qarşı planlarının ciddi olduğunu göstərir.

Bu haqda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bəyanatını şərh edən politoloq Elxan Şahinoğlu bildirib.

“ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton hədəflərinin İran rejiminə aydın siqnal göndərmək olduğunu bildirib. Bu o deməkdir ki, İran Hörmüz boğazını bağlasa ABŞ hərbi maşını hərəkətə kecəçək. Boltonun “Vaşinqton Tehranın ABŞ və müttəfiqlərinin maraqlarına olan istənilən hücuma cavab verəcək” sözləri də bundan xəbər verir”, - o qeyd edib.

Politoloqun sözlərinə görə, İranda Hörmüz boğazı ilə bağlı ikitirəlik yaranıb:

“Radikallar və bəzi generallar deyir ki, Amerikaya güc göstərmək üçün boğazı bağlamaq lazımdır. Prezident Həsən Ruhani isə risqə getməməyə üstünlük verir. Bölgə müharibənin bir addımlığındadır. İstənilən kiçik qığılcım böyük toqquşmanın başlanğıcı olacaq. Azərbaycan istənilən variantları gözdən keçirməlidir ki, mümkün təhlükələrdən sığortalana bilək”.

Xatırladaq ki, Con Bolton ABŞ-ın İran sahillərinə təyyarədaşıyan və bombardmançılar qrupu göndərəcəyini bildirib.

“ABŞ bir sıra artan həyəcanlı əlamətlərə və xəbərdarlıqlara cavab olaraq “Avraam Linkoln” təyyarədaşıyan zərbəçi qrupunu və bombardmançıların operativ qrupunu ABŞ-ın Mərkəzi komandanlığının regionuna göndərəcək. Bu, İran rejiminə aydın və dəqiq siqnal olacaq ki, Birləşmiş Ştatlar və ya müttəfiqlərimizin maraqlarına istənilən hücum amansız güclə qarşılanacaq”, - Boltonun bəyanatında deyilir.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar İranla müharibəyə cəhd etmir, amma istənilən hücuma cavab verməyə tamamilə hazırdır.

Qeyd edək ki, İran Ali Milli Təhlükəsizlik Şurası İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) terror təşkilatları siyahısına salınmasına cavab olaraq ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığını (CENTCOM) terror təşkilatı, ABŞ-ın özünü isə “terrorizmin sponsoru olan dövlət” kimi tanıyıb. teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar