Xəbər lenti
Təyyarə qəzasında ölənlərin ailələrinə 1 milyon ödəniləcək

Rusiyanın "Şeremetyevo" Hava Limanında baş vermiş dəhşətli təyyarə qəzasının qurbanlarının ailələrinə maddi yardım göstəriləcək.
Manevr.az xəbər verir ki, qəzada həlak olmuş Murmansk sakinlərinin ailələrinə 1 milyon rubl ödəniləcək. Bu barədə jurnalistlərə açıqlamasında Murmansk vilayətinin qubernatoru Andrey Çibis bildirib.
"Bu barədə sənəd bu gün imzalanacaq", - o söyləyib.
Qeyd edək ki, mayın 5-də Rusiyanın Murmansk vilayətindən gələn "Aeroflot" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" (SSJ-100) sərnişin təyyarəsi paytaxt Moskvanın "Şeremetyevo" Hava Limanına qəza enişini edən zaman yanıb. Hadisə nəticəsində göyərtədə olan 78 nəfərdən 41-i həlak olub./qafqazinfo/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar