Xəbər lenti
Filmin çəkiliş meydançasında qalmaqal - 10 saat sevişmə səhnəsinə çəkilməyə məcbur edildilər
2013-cü ildə Kan Film Festivalında "Qızıl Palma" mükafatına layiq görülən "Mavi ən isti rəngdir" filminin çəkiliş meydançasında baş rolda oynayan iki aktrisanın 10 gün çılpaq gəzdirildiyi və rejissor tərəfindən təcavüzə məruz qaldığı fikri irəli sürülüb.
Manevr.az ölkə.az-a istinadən bildirir ki, 2013-cü il istehsalı olan "Mavi ən isti rəngdir" filminin çəkilişlərində rejissor Əbdüllətif Keçiçenin baş rol aktrisaları Lea Seydu və Adel Ekzarkopulosa təcavüz etməsi iddiaları gündəmi alt-üst etdi.
Filmdə iki qadının bir-birinə olan sevgisi təsvir edilir və təxminən 7 dəqiqəlik cinsi münasibət səhnəsi var. Bir neçə gün öncə Leanın ağladığı yerdə çəkilmiş fotosunun yayılması isə iddiaları daha da gücləndirib.
Bəziləri bu fotonun gözəl aktrisanın kövrəldiyi an çəkildiyini bildirsə də, Mareylhas adlı Twitter istifadəçisi reallığın fərqli olduğunu bildirib.
İddialara görə, Keçiçe Lea və Adelə 10 saatdan artıq cinsi münasibət səhnəsi çəkdirib və səhnədə nə edəcəklərini göstərən zaman onların bədənlərinin müxtəlif yerlərinə toxunub. Lea buna dözməyərək ağlasa da, rejissor səhnə bitməmiş çəkilişləri dayandırmayıb.
Adel Akzarkopulos isə bu səhnə ilə bağlı deyib: "İkimiz də əzab çəkirdik. Lea mənə bir neçə dəfə yumruq vurdu. Keçiçe ona dəfələrlə yumruq vurmasını qışqırırdı. Həm şiddət dolu, həm də alçaldıcı idi".
Rejissor Əbdüllətif Keçiçe isə bu iddiaları qəbul etməyərək hər iki aktrisanın qırmızı xalçada olduqca xoşbəxt göründüklərini bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar