Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

İstanbul seçkiləri: İmamoğlunun qələbəsi ləğv olunur?

Tarix: 05-05-2019 14:33     Baxış: 3255 A- / A+
İstanbul seçkiləri: İmamoğlunun qələbəsi ləğv olunur?

Türkiyənin Yüksək Seçki Komissiyasının (YSK) sabah mayın 6-da İstanbulda mer seçkilərinin nəticələri ilə bağlı yekun qərar vermək üçün toplantı keçirəcəyi gözlənilir. YSK hakim AKP-nin seçkilərdə yol verildiyi iddia edilən pozuntulara dair şikayətlərinə və bu şikayətlərin əsasında nəticələrin ləğv olunmasına dair tələbə baxacaq.

Bu arada prezident Rəcəb Tayyib Ərdoğan ilk dəfə İstanbul seçkilərinin nəticələri barədə geniş danışıb, bu nəticələri “şübhəli” adlandırıb və yeni seçkilər keçirməyə çağırıb. Ərdoğanın məhz YSK-nın toplantısı ərəfəsində danışması seçkilərin nəticələrinin ləğv ediləcəyinə dair ehtimalları artırıb.

Ərdoğan dünən mayın 4-da i adamları dərnəyinin toplantısında çıxışı zamanı deyib ki, İstanbul seçkilərində “böyük yolsuzluklar” olub.
İstanbul seçkiləri: İmamoğlunun qələbəsi ləğv olunur?

“Biz Ankara ilə bağlı hər hansı etiraz irəli sürmədik. Amma İstanbulda oynanan oyunlar və yolsuzluqlar var. Düşünə bilirsinizmi, səs fərqi təkrar sayımlardan sonra 27 mindən 13 minə qədər düşürsə burada bir yolsuzluğun olduğu açıq-aşkar ortadadır. Biz bunu təqib etməyəkmi? Vətəndaşım da mənə deyir: “Başqanım, bu seçki yenilənməli”. Dünyanın bir çox yerində yarım faiz, bir faiz fərq olduğu yerlərdə belə seçkilər yenidən keçirilir. Burası İstanbuldur, hansısa qəsəbə deyil. Bu günə qədər danışmadım, başqaları danışdı. Burada ciddi şübhə var, nəticələrin şübhəli olması açıq-aşkar ortadadır”-Ərdoğan deyib.
İstanbul seçkiləri: İmamoğlunun qələbəsi ləğv olunur?

Xatırladaq ki, martn 31-də keçirilmiş yerli seçkilər zamanı CHP-İYİ partiya ittifaqının namizədi Əkrəm İmamoğlu AKP-MHP itifaqından olan rəqibi Binəli Yıldırımı 13 minə qədər səs fərqi ilə udub. Bu nəticələr AKP-nin çoxsaylı şikayətləri əsasında etibarsız hesab edilmiş səslərin yenidən sayılmasından, habelə bəzi məntəqələr üzrə bütün səslərin yenidən sayılmasından sonra ortaya çıxıb. İmamoğlu nəhayət bələdiyyə başqanı mandatını alıb və səlahiyyətlərinin icrasına başlayıb, amma AKP-nin seçkilərin nəticələrinin ləğv edilməsi barədə şikayətinə görə YSK yekun qərarı verməyib.
Ərdoğan çıxışında onu da deyib ki, seçki komissiyalarının tərkibinin formalaşdırılmasında ciddi pozuntular olub. Onun fikrincə nəticələrin legitim olmadığını bu fakt da təsdiq edir ki, İstanbulun 39 raonundan 25-də seçkiləri AKP-nin namizədləri qazanıb.
İstanbul seçkiləri: İmamoğlunun qələbəsi ləğv olunur?

Ərdoğanın bu çıxışına elə həmin gün Əkrəm İmamoğlu cavab verib. İmamoğlu bildirib ki, İstanbul bələdiyyəsinin məclis üzvlərinin əksəriyyəti AKP-çilərdən təşkil olunması da həmin səsvermənin nəticələrindən biridir. “Deyirlər ki, İstanbulda məclis üzvləri səsini bizə verdilər, bu üzdən çoxluq təşkil edirik. Eyni qutuya atılan səsdə böyük şəhər blədiyyə başqanlığı səsverməsində isə şübhə olduğunu deyirlər. Buna qarğalar belə gülər. Necə ola bilər ki, eyni qutuya atılan səslərdə AKP-li məclis üzvlərinin səsləri tərtəmiz çıxır, amma böyük şəhər bələdiyyə başqanına verilən səslər şübhəli olur?”-İmamoğlu deyib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar