Xəbər lenti
Gürcüstan prezidentinin istefası tələb olunur - Aksiya
Tbilisidə Gürcüstan Prezidenti Salome Zurabişviliyə impiçment tələbi ilə aksiya keçirilib.
"Rusiya işğalçıdır” hərəkatının üzvlərinin təşkil etdiyi "Prezidentə qırmızı kart” şüarlı aksiya dövlət başçısının iqamətgahı qarşısında baş tutub.
İştirakçılar əllərində qırmızı kart, "Bizə NATO lazımdır!", "Get Salome, get" şüarları tutaraq fit çalıblar və prezidentin impiçment prosesinin başlanmasını tələb ediblər.
Onlar bildiriblər ki, S.Zurabişvilinin Gürcüstanda ABŞ hərbi bazasının yerləşdirilməsinin məqsədəuyğun olmaması ilə bağlı səsləndirdiyi fikir Rusiyanın maraqlarına tam cavab verir.
Qeyd edək ki, "Rusiya işğalçıdır” hərəkatının fəalları analoji şüar və tələblə mayın 2-də Gürcüstan parlamentinin binasında da aksiya keçiriblər./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar