Xəbər lenti
Türkiyəni açıq şəkildə TƏHDİD ETDİ: Hər qarış torpağı geri alacağıq

Türkiyədən dəstək alan Azad Suriya Ordusunun Suriya torpaqlarının bir hissəsini əllərində saxlaması bizim üçün qəbul edilə bilməz. Türkiyə Suriya ordusunun hər qarış torpağını geri alacağını bilsin.
Manevr.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Suriya xarici işlər nazirinin müavini Faysal Mekdad Livanda yayımlanan “El Mayadin” telekanalına açıqlamasında deyib.
“Türkiyə Suriya hökuməti və ordusunun hər qarış torpağı döyüşərək geri almaqda tamamilə qərarlı olduğunu bilsin”, - suriyalı diplomat bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriya torpaqlarında gözü olmadığını, bu ölkədə hərbi mövcudluğunun hədəfinin isə terror təşkilatları ilə mübarizə olduğunu dəfələrlə dilə gətirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar