Xəbər lenti
Moskva ABŞ-a qarşı ittifaq yaradır - RƏSMİ
Moskva BMT nizamnaməsinə hörmət edən ölkələrin səylərini ABŞ-ın Venesuela üzrə planlarına mane olmaq üçün səfərbər edir.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, belə qrup artıq BMT-də formalaşdırılır.
“Mən ümid edirəm ki, qrup təşkilatda ciddi dəstək alacaq”, - nazir deyib.
Lavrov qeyd edib ki, söhbət beynəlxalq hüququn əsas prinsiplərin və normaların müdafiəsindən gedir.
Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, Vaşinqton Venesuelada hərbi əməliyyata başlaya bilər.
Qeyd edək ki, Venesuelada vəziyyət yanvarın 23-də müxalifət lideri Xuan Quaydonun özünü müvəqqəti prezident elan etməsi ilə kəskinləşib. Onun legitimliyini ABŞ, bir sıra Avropa və Latın Amerikası ölkələri dəstəkləyib.
Prezidenti Nikolas Maduronu Rusiya, Türkiyə və İran dəstəkləyir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar