Xəbər lenti
Avropa azərbaycanlıları Bolqarıstan rəhbərliyinə müraciət edib

Avropa Azərbaycanlıları Kongresi (AAK) erməni irqçi və hərbi cinayətkar Qaregin Njdeyə Bolqarıstanda abidə ucaldılmasına etirazını bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən unikal.org-a verilən məlumata görə, AAK bununla bağlı Bolqarıstan prezidenti Rumen Radevə, parlamentin spikeri Tsveta Karayançevaya və bas nazir Boyko Borisova məktub ünvanlayıb.
Məktubda deyilir ki, kiril əlifbasının təbliğinə xidmət edən bir parkda Q.Njde kimi çinayətkara abidə qoyulması ümumdünya mədəni irsinin dəyəri sayılan bu əlifbaya və həmin qrafikada yazib-yaradan şəxslərə böyük hörmətsizlikdir: "Erməni irqçisi və tseqakron nəzəriyyəsinin banisi olan Q.Njde 1918 - 1922-ci illərdə Zəngəzur mahalında azərbaycanlılara qarsı kütləvi qırğının təskilatçısı olmus, II Dünya müharibəsində faşistlərlə əməkdaşlıq etmiş və "erməni legionu" yaratmışdır. Njde Qafqazda, Krımda və Fransada faşizmə qarşı müqavimət hərəkatının üzvlərini amansızcasına qətlə yetirmiş ve sonradan təqsirli bilinərək həbs edilmisdir".
AAK Bolqarıstan hakimiyyətinin diqqətini Njdenin faşist kimliyinə yönəldərək, bu təşəbbüsün qarsısının alınmasını xahiş edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar