Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yalvarıram, bizə kömək edin: İŞİD-in azərbaycanlı uşaqları

Tarix: 02-05-2019 05:16     Baxış: 2264 A- / A+
Yalvarıram, bizə kömək edin:

"Reuters" agentliyinin əməkdaşı İraqın paytaxtı Bağdadda Rusafa qadın həbsxanasında olub. İslam Dövləti (İŞİD) terrorçu qruplaşmasına bağlı qadın və uşaqların taleyi müzakirə olunanda bu həbsxana diqqət mərkəzinə gəlir.

"Nə olar, evimizə getmək istəyirəm, bizə kömək edin. Burası bizim üçün yaxşı yer deyil",– azərbaycanlı bir qız müxbirə dil töküb. Jurnalist qızın 100-dək uşağın əhatəsində danışdığını yazır

Bu qruplaşma 2014-cü ildə Suriya və İraqda böyük ərazilər ələ keçirib, kütləvi qətllər, işgəncə, cinsi köləlik gerçəkləşdirib. Bu səbəbdən indi bu həbsxanada qalanların həm təhlükəsizlik riski yaratdığı, həm də özlərinin qisas hədəfi ola biləcəyi düşünülür.

"İlk vaxtlar aramızda inam yaratmaq çətin idi. Hətta çoxu özlərini və uşaqlarını öldürməyə çalışırdılar", – həbsxananın adını çəkilməsini istəməyən direktoru deyib.

Bu həbsxanada şübhəli İŞİD döyüşçülərinin 1241 əcnəbi arvadı və uşağı saxlanır, onlar 12-dən artıq ölkəni təmsil edir. 774 nəfəri 9 aylıq-15 yaş arasındadır, direktor söyləyib.

Bağdadın imkanları məhdud olduğundan məhkəmə qarşısına çıxarılmayanların öz ölkələrinə göndərilməsini istəyir. Ancaq bu, hüququ baxımdan mürəkkəb, siyasi "zəhərli" məsələ sayıldığından bir çox ölkələr həmin şəxslərin qəbulundan imtina edib.

"Bizə paltar, dərman gətirmisən? Doğrudan, bizə dərman lazımdır", – mavi hicablı azərbaycanlı qız deyib.

Həbsxana direktoru həmin qızın anasının ömürlük həbsə məhkum edildiyini deyir, o, İŞİD-ə üzv olub, İraqa qanunsuz gedib. Qız isə yaşı çatmadığından İraq qanunları ilə mühakimə oluna bilməz. Onun dəmir barmaqlılar arxasında nə qədər qalacağı bilinmir.

"Reuters" yazır ki, Azərbaycan İraqda ən çox vətəndaşı həbs olunmuş ölkələrdəndir, bu sırada Rusiya və Türkiyə də var. Ancaq agentlik Azərbaycanın Xarici İşlər Nazirliyindən İŞİD-ə bağlı uşaqların repatriasiya siyasətinə dair şərh ala bilmədiyini yazır. son xeberler.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar