Xəbər lenti
Ukrayna seçkisinin gizlinləri: Putin kimə dəstək verib?
Vladimir Zelenskinin prezident seçilməsindən sonra Ukrayna-Rusiya münasibətləri gərginləşən xətt üzrə gedir.
Seçki kampaniyası dövründə Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini deyən Vladimir Zelenski, prezidentlik yarışında qalib gəldikdən sonra bu təklifindən imtina etdi. Prezident Zelenski Putinlə təkbətək görüşdən imtina edib və belə bir müzakirələrin yalnız “Normand dördlüyü” çərçivəsində mümkün olduğunu bildirib.Kremlin Donbasdakı Ukrayna vətəndaşlarına sadələşdirilmiş qaydada Rusiya pasportunun verilməsi isə vəziyyəti daha da gərginləşdirib.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 28-dən 29-a keçən gecə Rusiya silahlı qüvvələrinin bölmələri Donbasda atəşkəsi pozub.Rusiya hərbçiləri Minsk sazişinin şərtlərini pozaraq Ukrayna ordusunun mövqelərini 82 mm-lik minaatanlardan atəşə tutub.Döyüşlər zamanı Rusiya tərəfi üç əsgər itirib.
Ukraynanın yeni prezidenti əvvəlki kimi danışıqlara hazır olduğunu bəyan etsə də, faktiki olaraq, Putin və Zelenskinin davranışlarında kompromisə meyil müşahidə olunmur.“Donbasdakı problemlərin həlli üçün Rusiya ilə müzakirələrə hazıram”-deyən V.Zelenski bildirib ki, Ukrayna ilə təhdid və təzyiq dilində danışmağa ehtiyac olmadığını qeyd edib.“Normandiya formatındakı müzakirədə Rusiyanın da gərginliyi azaltmağa hazır olduğunu göstərəcəyinə ümid edirəm.Öz tərəfimizdən Ukrayna ilə Rusiyanın birgə var olması üçün yeni şərtlərdən danışmağa hazırıq”.
Zelenski vəziyyətin həqiqi mənada normallaşmasının yalnız Donbas və Krımdakı işğala son qoyulması ilə baş tutacağını bildirib:
“Sözün həqiqi mənasında Ukrayna baş əyməyəcək!” Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Donbasdakı münaqişənin yalnız Minsk razılaşmalarının tamamilə yerinə yetirilməsindən sonra başa çata biləcəyini deyib.Bu arada rusiyalı siyasi texnoloq Stanislav Belkovski Putinlə Zelenski arasındakı ziddiyyətin səbəbi ilə bağlı maraqlı açıqlama verib.Daha doğrusu, politoloq V.Putinin seçkilərdən sonra V.Zelenskini təbrik etməməsinin səbəbini söyləyib. O, qeyd edib ki, V.Putinin xaç atası və Ukraynadakı daimi nümayəndəsi ona ciddi şəkildə Petro Poroşenkonun prezident olaraq qalacağını deyib.
“Ona görə də Kreml indi şokdadır.Kreml şokdan çıxanda Kreml Vladimir Zelenskini təbrik edəcək.Bunun nə qədər çəkəcəyini mən deyə bilmərəm”-deyə Belkovski bildirib.Ekspertin sözləri belə deməyə əsas verir ki, Ukraynadakı prezident seçkilərində Rusiya V.Zelenskini deyil, P.Poroşenkonu dəstəkləyib.
“Putinin Zelenskini qələbə münasibətilə təbrik etməməsi Kremlin faktiki olaraq, əks tərəfi deyil, Pyotr Alekseyeviç Poroşenkonu dəstəklədiyini bir daha təsdiq edir.Ona görə də seçkilərdən bir həftə əvvəl Ukraynada Viktor Medvedçukun imici hər kəsə məlum olduğundan hər kəs onu dəstəkləmək üçün Viktor Medvedçuk açıq şəkildə Vladimir Zelenskini dəstəklədi. Amma indi Vladimir Putin yalnız seçkilərin ümumi nəticələrinin deyil, Petro Poroşenkonun darmadağın olmasından narazıdır”-Belkovski belə söyləyib.
Rusiyalı siyasi texnoloqun açıqlaması Putinlə Zelenski arasında gərginliyin məhz Kremlin seçkilərdə Pororşenkonu dəstəkləməsi ilə bağlı olduğu qənaətini yaradır.Ancaq analitiklər hesab edir ki, Putin iqtidarının Donbasda Rusiya pasportları paylaması siyasi təcrübəsi zəif olan V.Zelenskiyə təzyiq göstərərək onu güzəştə vadar etmək məqsədi daşıyır.Prezident Zelenski isə sərt bəyanatları ilə Rusiyaya “zəif bənd” olmadığını nümayiş etdirməyə çalışır.Ukraynanın yeni prezidentinin bəyanatları Rusiyanın danışıqlara deyil, daha təhlükəli planlara hazırlaşdığının fərqində olduğunu göstərir. Ukrayna müdafiə nazirinin işğal olunmuş ərazilər üzrə müavini Georgi Tuka Rusiyanın Donbası ilhaq etmək üçün yeni plan üzərində işlədiyini bildirib. “Rusiya Donetsk və Luqansk vilayətlərinin işğal edilmiş ərazilərinin sakinlərinə üç mərhələdə vətəndaşlıq pasportları paylayacaq.Artıq zabitlər Rusiya Federasiyasının pasportlarını əldə etmək üçün siyahıları hazırlayıb.
Tukanın verdiyi məlumata görə, birinci mərhələdə Rusiya Federasiyası Donetskdə və Luqanskdakı birinci və ikinci ordu korpuslarının tərkibinə daxil olan döyüşçülərə vətəndaşlıq verməyi nəzərdə tutur.İkinci mərhələdə Rusiya pasportları yerli məmurlara, sonda isə sakinlərə vermək istəyir.Tuka qeyd edib ki, Rusiya öz Rusiya vətəndaşlarını qorumaq bəhanəsi ilə silahlı qüvvələrini Donbasda açıq şəkildə istifadə etmək üçün əlavə imkanlar əldə etmək niyyətindədir.Ona görə də prezident Zelenskinin yaxın perspektivdə ABŞ və NATO ilə strateji tərəfdaşlıq əlaqələrini davam etdirməyə üstünlük verəcəyini söyləmək olar.cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar