Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya ilk beşliyə düşmədi, Türkiyə... - Dünyanın hərbi xərcləri barədə STATİSTİKA

Tarix: 29-04-2019 22:44     Baxış: 5219 A- / A+
Rusiya ilk beşliyə düşmədi, Türkiyə... - Dünyanın hərbi xərcləri barədə STATİSTİKA


2018-ci ildə dünyada hərbi xərcləri 1,8 trilyon dollar təşkil edib və bu, əvvəlki ilin göstəricisindən 2,6 faiz çoxdur.

Manevr.az xəbər verir ki, bu haqda Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatları İnstitutu (SİPRİ) illik məruzəsində deyilir.

Tədqiqatın məlumatına görə, 2018-ci ildə dünyanın hərbi xərcləri 1988-ci ildən yüksək səviyyəyə çatıb. SİPRİ-nin hesablamalarına görə, hərbi xərclər bütovlükdə ümumdünya ümumi daxili məhsulun 2,1 faizindən çoxunu təşkil edib. Bu, orta hesabla adambaşı 239 dollara ekvivalentdir.

Dünyada ən böyük hərbi xərcləri olan ilk beşliyə ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Hindistan və Fransa girib. Onların payına dünyanın hərbi xərclərinin 60 faizi düşür. Beləliklə, Rusiya ilk beşlikdəki yerini itirərək 6-və yerdə qərarlaşıb. SİPRİ-nin məlumatına görə, 2018-ci ildə Rusiyanın hərbi xərcləri 61,4 milyard dollar təşkil edib. Bu, 2017-ci ildən 3,5 faiz daha azdır.

ABŞ-ın hərbi xərcləri 2010-cu ildən ilk dəfə 4,6 faiz artıb və 649 milyard dollar təşkil edib. 2018-ci ildə ABŞ-ın hərbi xərcləri onu izləyən təxminən səkkiz ölkənin hərbi xərclərinin cəminə bərabərdir.

İkinci yeri tutmuş Çinin dünya hərbi xərclərində payı 14 faiz təşkil edib. İlk 15-likdə yer alan Türkiyə ən yüksək artımla (24 faiz) diqqət çəkir.

Məruzədə həmçinin qeyd edilir ki, hərbi xərclərin artması 2018-ci ildə Mərkəzi və Şərqi Avropa ölkələrində müşahidə olunur.

"Polşanın xərcləri 8,9 faiz artaraq 11,6 milyard dollar təşkil edib. Ukraynanın xərcləri 21 faiz artımla 4,8 milyard dollar olub. Bolqarıstan, Latviya, Litva və Rumıniyanın xərcləri həmçinin 2018-ci ildə 18-24 faiz artıb", - sənəddə qeyd edilir.

SİPRİ-nin silahlanmalar və hərbi xərclər üzrə proqramının böyük eimi işçisi Piter Vezemanın sözlərinə görə, xərclərin belə artması Rusiya tərəfindən təhdidlərin artması ilə bağlıdır. (publika.az)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar