Xəbər lenti 
					
 
		Türkmənistan prezidenti at haqqında rep oxudu - VİDEO

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Rovaç adlı Axaltəkə atı haqqında rep söyləyib.
Dövlət başçısı sözləri özünə, musiqisi isə nəvəsi Kərimquluya aid olan repi Beynəlxalq Atçılıq İdman Kompleksində türkmən atlarına həsr olunmuş milli bayramda söyləyib. Prezident rep söyləyərkən nəvəsi onu gitarada müşayiət edib. Rep-kompozisiyanın mətnində bildirilir ki, bu at ölkənin gələcək xoş günlərinin müjdəçisi olacaq.
Bu ilin yanvar ayında dünyaya göz açmış və adının mənası uğur olan Rovaç ölkənin rifah simvoluna çevrilib.
Qeyd edək ki, dövlət başçısı tez-tez maraqlı ifası və sürpriz qərarları ilə diqqət çəkir. O 8 Mart münasibəti ilə Türkmənistan qadınlarını mahnı oxuyaraq təbrik etmişdi.
Berdıməhəmmədovun nəvəsi ilə birlikdə ötən il ifa etdiyi bir rep kompozisiyasını təqdim edirik: (oxu.az)
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















