Xəbər lenti
Dünyanın ən xoşbəxt xalqı bu ölkədə yaşayır
Əsrarəngiz və məhəbbət ölkəsi Butan Hindistanla Çinin sərhəddində yerləşir. 1974-cü ildən isə yalnız turistlərin ixtiyarına verilib. Bu gün Butana səfər etmək arzusunda olanlar bir sıra rəsmi sənədlər imzalamalı, həmçinin bank hesabında müəyyən məbləğdə pula sahib olmalıdırlar. Ölkə sərhədləri açıq olsa da, kral bu yolla vətənini potensialı zəif turistlərdən qoruyur.
Manevr.az publika.az-a istinadən göyqurşağının rənglərinə bürünən Butan haqda bir sıra faktları təqdim edir.
1999-cu ilədək ölkədə televiziya və internet qadağası olub. Bununla belə Butanda nə o zamanlar, nə də indi bədbəxt insana rast gəlmək mümkün deyil. Butan televiziya və internet imkanlarından ən gec yararlanmağa başlayan ölkədir.
Ölkədə Xoşbəxtlik nazirliyi fəaliyyət göstərir. Butan hakimiyyəti əlahisinin qeydinə qalmaq məqsədilə 2008-ci ildə Ümumi Xalq Xoşbəxtliyi Komissiyası təşkil edib. Əhalinin qeydə alındığı anketdə həyatından nə qədər razısan adlı sual və cavab xanaları var. Bu da azmış kimi Xoşbəxtlik nazirliyi fəaliyyət göstərir. Bu mövzu hakimiyyətin birbaşa maraq dairəsindədir. Həyat səviyyəsi sözü isə xoşbəxtliklə əvəzlənib. Yəni insanlar güzəranlarını məmnunluqlarına əsasən təyin edirlər. Bura isə təbii ki, maddi və mənəvi nemətlər daxildir.
Ölkədə qadınlara xüsusi rəğbət var. Ailənin bütün mirası evin böyük qızına qalmalıdır. Siqaret çəkmək qadağandır. Ekologiyanın qorunmasına xüsusi diqqət ayrılır.
Butanda küçədə yaşayan insan yoxdur. Əlindən mülkü alınanlar birbaşa krala müraciıt edirlər. Kral onları torpaq sahəsi ilə təmin edir. Ölkənin hər bir vətəndaşı pulsuz tibbi xidmətdən faydalanır. Burada ənənəvi və klassik tibb növləri tətbiq olunur. Butan əhalisi rəngbərəng milli geyimlər geyinib sarı günəşin damcıları altında çimirlər.
İndi anladınızmı, niyə butanlılar dünyanın ən xoşbəxt xalqıdır?
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar